Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Deputat: "Xocalıya dönüş Azərbaycan üçün ümummilli prinsipial məsələ idi"
"Prezident İlham Əliyevin Müstəqillik Günündə Xocalıya səfəri və Xocalı sakinlərinə evlərinin açarını təqdim etməsi tarixi hadisədir".
Bunu Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin Xocalıya səfərini şərh edən Milli Məclisin deputatı Bəhruz Məmmədov deyib.
O qeyd edib ki, 1992-ci ildə Xocalı ozamankı hakimiyyətin səbatsız və milli təfəkkürdən uzaq idarəçiliyinin, həmçinin hakimiyyətə iddialı olan Azərbaycan Xalq Cəbhəsinin satqın, cinayətkar və xəyanətkar mövqeyinin nəticəsində qurban verilmişdi:
"Ermənistan isə havadarlarına güvənərək, həmçinin Azərbaycan daxilindəki xəyanətkar qüvvələrlə imkanlarını birləşdirərək Xocalını işğal etməklə kifayətlənməmiş, həmçinin yerli əhaliyə qarşı sülh və insanlıq əleyhinə çoxsaylı cinayətlər törətmişdir. Beləliklə, Xocalı Azərbaycanın qan yaddaşı və milli məsələsinə çevrildi.
Ötən ilin sentyabrında antiterror tədbirləri zamanı separatçıların nəzarətində olmuş digər ərazilər kimi Xocalı da işğaldan azad olunduqdan sonra bu bölgədə ciddi quruculuq və bərpa prosesinə başlandı. Və cəmi 8 ay sonra, bu ilin may ayının 28-də, nəhayət, Xocalı ilk sakinlərini qəbul etdi. Əlbəttə, bizim üçün işğaldan azad olunmuş hər bir bölgəmizdə quruculuq-bərpa milli prioritetdir. Lakin Xocalıya dönüş Azərbaycan üçün ümummilli prinsipial məsələ idi".
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti hər zaman Xocalıda törədilən cinayətlərin qisasının alınacağını bəyan edirdi və Vətən müharibəsində, həmçinin antiterror tədbirlərində Azərbaycan dövləti beynəlxalq hüququ, həmçinin beynəlxalq humanitar hüququ rəhbər tutmaqla bu qisası məhz döyüş meydanında aldı:
"Əlbəttə, bu, bütövlükdə bölgədə marağı olan hər bir qüvvənin, həmçinin Ermənistanın diqqətində olan bir səfər oldu. Və dövlətimizin başçısı da bu reallığı doğru qiymətləndirərək Xocalıdan Azərbaycanın güc və imkanların, həmçinin bizə yönəlik təhdidlərə münasibətdə ata biləcəyimiz addımların anonsunu verdi. Və bir daha bəyan etdi ki, milli maraqlarımız, suverenliyimiz ən yüksək səviyyədə qorumaqdadır.
Həmçinin, Xocalı faciəsində əli azərbaycanlıların qanına batan bir çox cinayətkar, o cümlədən separatçıların "liderləri", Vaqif Xaçaturyanın qismində Xocalı cəlladları artıq Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilib və barələrində cinayət təqibi davam edir. Azərbaycan xalqında olduğu kimi artıq ermənilərin özündə də şübhə yoxdur ki, Serj Sarqsyan və Robert Koçaryanın timsalında digər cinayətkarlar da ən qısa zamanda Azərbaycanın ədalət mühakiməsinə təqdim ediləcəklər".
"Məsuliyyət yalnız şəxslərlə məhdudlaşa bilməz, xüsusən nəzərə alsaq ki, xocalılılara qarşı, eləcə də Qarabağ və Şərqi Zəngəzurda törədilən digər çoxsaylı cinayətlərə görə həm də Ermənistan dövləti özü birbaşa məsuliyyət daşıyır, çünki bu cinayətlər İrəvanın dövlət siyasəti çərçivəsində törədilib.
Təbii ki, özünün ən qüdrətli dönəmini yaşayan Azərbaycan Respublikası Ermənistanın da dövlət səviyyəsində məsuliyyətinin fərqindədir. Prezident İlham Əliyevin qətiyyəti ilə öz gücümüz hesabına biz beynəlxalq hüququn aliliyini təmin etdik. Azərbaycanın özünün güc və imkanları hesabına Ermənistanın dövlət səviyyəsində üzr istəməsi və törətdiyi vəhşiliklərə və vandallığa görə kompensasiya ödəməsi birmənalı şəkildə təmin olunacaq.
Müzəffər Ali Baş Komandanın bunu Xocalıdan bir daha bəyan etməsi isə göstərir ki, Azərbaycan bu prosesdə israrlıdır və heç şübhəsiz ki, Ermənistan dövlət səviyyəsində törətdiyi və dəstəklədiyi cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində cəzasını alacaq", - deyə B.Məhərrəmov deyib.
Nəzrin Vahid
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib