Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı xaricdə yaşayan soydaşlarımız üçün televiziya kanalı yaradılmasını təklif edib.
Oxu.Az-ın məlumatına əsasən, millət vəkili deyib ki, xaricdə yaşayan soydaşlarımızın sayı Azərbaycandakılardan 3-4 dəfə çoxdur.
“Təklif edirəm ki, Azərbaycanda televiziya kanallarından biri səhərdən axşama qədər Azərbaycan tarixi, dili və ədəbiyyatı ilə bağlı proqramlar hazırlasın. Belə kanala ehtiyac var. Belə telekanal yaradılarsa, bu, peyk vasitəsi ilə bütün dünyaya yayımlanmalıdır”, - deyə o əlavə edib.
Deputat bildirib ki, həmin telekanal vasitəsilə xaricdə yaşayan azərbaycanlıların diqqətini cəlb etmək olar.
Aqşin Kərimov