Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Deputatlığa namizəd Nizami Səfərov seçicilərlə görüşüb
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkisinin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərov rayon təşkilatının qərargahında mədəniyyət sahəsində çalışan seçicilərlə görüş keçirib.
Öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov 1 sentyabrda keçiriləcək parlament seçkisinə ruh yüksəkliyi və qələbə əzmi ilə getdiyini, partiyanın məqsədyönlü fəaliyyətinin xalq tərəfindən həmişə dəstəkləndiyini, ölkəmizin uğurlu inkişafı üçün aparılan siyasətin alternativinin olmadığını bildirib.
Deputatlığa namizəd Nizami Səfərov seçicilərə partiyanın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, tovuzluların ictimai-siyasi proseslərdə, xüsusilə də seçkidə həmişə aktiv iştirak edərək, hər zaman ədalətin, haqqın tərəfində olduğunu, dövlətçiliyin qorunması və möhkəmləndirilməsi üçün mühüm fədakarlıqlar etdiklərini, deputat seçiləcəyi təqdirdə isə ona göstərilən inam və etimadı layiqincə doğruldacağına söz verdiyini bildirib.
Çıxış edən seçicilər də öz növbəsində yeni hədəflərə nail olmaq üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.