Prezident İlham Əliyev Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Dini Mədəniyyətin İnkişafı Fonduna 3 mln. manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.