İranın XİN nümayəndəsi Hüseyn Cabbar Ənsari Tehranın Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan edib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
O, həmçinin azərbaycanlı və iranlı diplomatların Azərbaycan prezidenti İlham Əliyevin İrana mümkün səfəri barədə danışıqlar apardığını da bildirib.
Səfər haqqında yekun qərar qəbul edildiyi halda məlumat veriləcək.