Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dövlət başçısı biznes dairələrinə xəbərdarlıq etdi - VİDEO
“Şəffaflıqla bağlı görülən tədbirlər, kölgə iqtisadiyyatına qarşı aparılan siyasət öz nəticəsini verməkdədir. Əminəm ki, bu müsbət meyil ilin sonuna qədər davam edəcək və Azərbaycan iqtisadiyyatının hazırda kölgədə olan hissəsi kölgədən çıxacaq”.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən deyib.
Ölkə başçısı söyləyib ki, burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil:
“Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməlidirlər, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar və dövlətin vergisini son qəpiyinə qədər ödəməlidirlər. Çünki bilməlidirlər ki, bu vergilər insanların maaşlarının, pensiyalarının artırılmasına istiqamətləndirilir”.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
- Prezident İlham Əliyevin mesajları və suveren gücün sözü
- Paşinyanın Qərbi Azərbaycan xofu: Azərbaycanlıların Ermənistana qayıdışı ərazi iddiası deyil
- Trampın Kanadanı ABŞ-yə qatmaq istəyi: "Make America Great Again" hədəfi
- Aİ Şurasının rəhbəri Prezident İlham Əliyevə zəng edib