Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dövlət proqramının icrasının qiymətləndirilməsi - Üçüncü tərəflərdən məlumatlar alınacaq
Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin monitorinqi məqsədilə məlumatların yığılmasında və emalında üçüncü tərəflərdən məlumatlar əldə ediləcək.
Bu barədə “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nda bildirilir.
Dövlət proqramının icra vəziyyətinin monitorinqi üzrə metodologiyada əlaqələndirici orqanın (qurumun) təqdim etdiyi hesabatların və təsdiqedici sənədlərin təhlili də yer alır.
Həmçinin tədbirin icra vəziyyətinin müəyyən olunması məqsədilə sənədlərin təhlili, aidiyyəti dövlət orqanları (qurumları) ilə və mütəxəssislərlə müzakirələrin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, martın 6-da Prezident İlham Əliyev “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Qazaxıstana ezam olunmuş Azərbaycan nümayəndə heyəti təyyarə qəzasında xəsarət alanlara baş çəkib
- Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib
- İlham Əliyev: "Təyyarə qəzası ilə bağlı məsələ tam araşdırılmalıdır"
- Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
- Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib