Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında və “Prezident Administrasiyasında sənədləri ilə iş üçün Təlimatlar”a dəyişiklik edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.
Oxu.Az bildirir ki, sözügedən sərəncamların mətni “Azərbaycan” qəzetində dərc edilib.
“Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramı”nını təsdiq edilməsi ilə bağlı Sərəncama əsasən Proqramın yerinə yetirilməsi üzrə koordinasiya MTN-nə həvalə edilib.
Nazirlik bu proqramın yerinə yetirilməsi ilə bağlı bütün məsələlərə nəzarət edəcək.
İkinci, “Prezident Administrasiyasında sənədləri ilə iş üçün Təlimatlar”a dəyişiklik edilməsinə dair sərəncama əsasən isə Prezident Administrasiyasında sənədlərlə iş təlimatına dəyişikliklər edilib.
Dəyişikliklər, dövlət idarəçiliyi müəssisələrində, təşkilatlarında məxfi sənədlərlə aparılan işlərlə bağlıdır.
Təlimatda deyilir ki, kompüterində xidməti informasiya olan, hər bir məmur işini bitirdikdən sonra sadəcə kompüteri söndürməklə kifayətlənməməli, eləcə də onu elektrik şəbəkəsindən və internet xəttindən ayırmalıdır.
Göstərişdən boyun qaçıran hər bir məmur müvafiq olaraq cəzalandırılacaq.
Gülnarə Zeynalova
www.oxu.az