“Amerikanın Səsi” radiostansiyası Azərbaycanda prezident seçkilərinə həsr olunmuş sorğu keçirib. Radiostansiya şəhər sakinlərinə oktyabrda kimə səs verəcəkləri və kimi hazırkı prezident İlham Əliyevə rəqib gördükləri barədə sual verib.
Oxu.Az xəbər verir ki, rəyi soruşulanların əksəriyyəti seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Müxalifətin seçkidəki namizədləri barədə sualları cavablandıran şəhər sakinləri onlardan kimisə hazırkı hakimiyyətə rəqib görmədiklərini vurğulayıblar.
“Müxalifətin simasında heç bir alternativ görmürəm və onların namizədləri ilə maraqlanmıram” – deyə, respondentlərdən biri bildirib.
“Bizdə normal müxalifət var ki, hələ onların namizədləri ilə də maraqlanaq?”, - şəhər sakinlərindən biri təəccüblənir.
Oxu.Az həmin reportajı təqdim edir.
www.oxu.az