Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Əli Əsədov İtaliyanın baş prokuroru ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 25-də İtaliya Ali Kassasiya Məhkəməsinin Baş prokuroru Luici Salvatonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Oxu.Az-a bildiriblər ki, görüşdə Azərbaycan-İtaliya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.
İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Səfər çərçivəsində imzalanmış Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə İtaliya Respublikasının Ali Kasasiya Məhkəməsi yanında Baş Prokurorluğu arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Həmçinin Azərbaycan-İtaliya əlaqələrinin ticari-iqtisadi və bir çox digər istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılacaq
- Əli Əsədovdan Ədliyyə Nazirliyinin əməkdaşlarının maaşları ilə bağlı QƏRAR
- Nazirlər Kabinetinin iki qərarı LƏĞV EDİLDİ
- Dövlət Agentliyinin hərbçilərinin geyim forması ilə təmin edilməsi normaları təsdiqlənib
- Naxçıvanda elektrik enerjisi və su təchizatı ilə bağlı yeni qərar