Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əli Əsədov Misirdə ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib
Misir Ərəb Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 19-da Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında olub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, Ə.Əsədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub.
Baş nazir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və respublikamızın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Azərbaycanda "Rəqabət Məcəlləsinə uyğun maliyyə sanksiyalarının hesablanması Qaydaları" təsdiqlənib
- Azərbaycanda "Sazişlərin Rəqabət Məcəlləsindəki şərtlərə cavab verməsinə dair meyarlar" təsdiqlənib
- Azərbaycanda mülki hava limanlarını sertifikatlaşdıracaq qurum müəyyənləşib
- Azərbaycanda bazar paylarının hesablanması qaydası təsdiqlənib
- Azərbaycanda Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən hallar müəyyənləşib