Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, ticari-iqtisadi, investisiya, enerji, nəqliyyat-tranzit və digər istiqamətlərdə mövcud əlaqələrin davamlı inkişafından məmnunluq ifadə olunub. Eyni zamanda, məhkəmə-hüquq sahəsində uzunmüddətli səmərəli tərəfdaşlıq təqdir edilib.
Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasında və regional güc mərkəzinə çevrilməsində Azərbaycan və Türkiyə prezidentlərinin səylərinin önəmi qeyd olunub.
İki ölkənin konstitusiya məhkəmələri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev görüşdə iştirak edib.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Müdafiə Nazirliyinin hərbi qulluqçularının rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib
- Heydər məscidi və bir neçə tikiliyə memarlıq abidəsi statusu verilib
- Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
- Azərbaycanda MRT və KT xidmətinə görə müştərək maliyyələşmə məbləği dəyişib
- Diplomatlara təminat və kompensasiyaların verilməsi qaydaları təsdiqlənib