Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Belarusun baş naziri Ağdamda aqroholdinqin tikintisi ilə tanış olub
Belarusun Baş naziri Aleksandr Turçin Ağdam rayonunun Qızıl Kəngərli kəndinə səfəri çərçivəsində burada inşa olunan aqroşəhərciklə tanış olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, layihə Belarus hökuməti tərəfindən həyata keçirilir və iri aqroholdinqin yaradılmasını, heyvandarlıq, quşçuluq və tərəvəzçiliyin inkişafını nəzərdə tutur.
Müəssisənin 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Layihə çərçivəsində Ağdam rayonunda 420 ailə üçün yaşayış məntəqəsi də inşa ediləcək.
Qarabağ iqtisadi rayonunda aqroşəhərciyin tikilməsi təşəbbüsü Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ildə Azərbaycana etdiyi dövlət səfəri zamanı irəli sürülüb.

Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycanın Ağdam rayonunun Sarıcalı kəndində olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, A.Turçin bu kənddə işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi ilə şəxsən tanış ola bilib.
Qeyd edək ki, birinci mərhələdə Ağdam rayonunun Sarıcalı kəndinə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır.
Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Füzuli rayonundan sonra Ağdama gəlib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, A.Turçin Ağdam Sənaye Parkını ziyarət edib.
O, Belarus hökumətinin başçısı parkın fəaliyyəti və rezidentləri ilə tanış olub.
Hazırda 27 sahibkarlıq subyekti parkın rezidenti, daha beşi isə qeyri-rezidentidir.
Parkda həyata keçirilən layihələrə investisiya qoyuluşu 148 milyon ABŞ dolları məbləğində qiymətləndirilir ki, bu da 2100-dən çox iş yerinin yaradılmasına imkan verəcək. İnvestorlar tərəfindən artıq 66 milyon ABŞ dolları sərmayə qoyulub, 649 iş yeri yaradılıb.
Hazırda parkda doqquz müəssisə fəaliyyət göstərir. Bundan əlavə, 10-dan çox yeni müəssisənin tikintisi həyata keçirilir.
Belarus baş nazirinin Ağdam səfəri çərçivəsində Qızıl Kəngərli kəndində icra olunacaq aqroşəhərcik layihəsi ilə tanışlığı da nəzərdə tutulur.
Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan Prezidentinin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Parkın fəaliyyətinin prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə və tərəvəzlərin konservləşdirilməsi, ət və süd məhsulları, yem və gübrə istehsalı, həmçinin xidmət obyektlərinin, soyuducu kameraların yaradılması və s-dir.
Parkın sahəsi 190 hektardır və ərazinin 70 %-dən çox hissəsi artıq sahibkarların istifadəsinə verilib.
Belarus Baş naziri Aleksandr Turçin Azərbaycana səfəri çərçivəsində Füzuli şəhərinə gedib.
Oxu.Az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.
A.Turçini Füzuli Beynəlxalq Aeroportunda Baş nazir Əli Əsədov qarşılayıb.
Qonağa Füzuli Beynəlxalq Hava Limanı haqqında məlumat verilib.
Bildirilib ki, 2021-ci ildə istifadəyə verilən hava limanı rekord müddətdə - təxminən 9 aya tikilib. Füzuli Beynəlxalq Hava Limanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir.
"Aleksandr Turçin" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Belarusun baş nazirini qəbul edib
- Belarusun baş naziri Fəxri xiyabanı ziyarət edib
- Bakıda Azərbaycan və Belarus hökumətlərinin başçıları görüşüblər
- Aleksandr Turçin: "Belarus və Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur"
- Azərbaycan və Belarus baş nazirləri azad olunmuş ərazilərə səfər edəcəklər