Xarici işlər naziri Elmar Məmmədyarov 26 noyabr 2015-ci il tarixində Tbilisi şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısında iştirak etmək üçün rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Gürcüstana yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
"Şərq tərəfdaşlığı" Avropa İttifaqı ilə 6 dövlət - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus arasında siyasi və iqtisadi inteqrasiyaya yönəlmiş proqramdır.