Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Marka Tsalkanı qəbul edib.
XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim edib.
M. Tsalka diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. E. Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.