Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının Astanada keçiriləcək iclasında iştirak etmək üçün Qazaxıstana səfərə yola düşüb.
Bu barədə Oxu.Az-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
TDƏŞ-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
İclas sentyabrın 10-da başlayacaq.