Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Ərdoğan Azərbaycan səfirinə mükafat verib](https://images.oxu.az/2025/02/06/KjHukpXMcGekPbygytr5hDEcraq9qyAGAAddF40O:1200.webp)
Ərdoğan Azərbaycan səfirinə mükafat verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədova mükafat təqdim edib.
Oxu.Az xəbər verir ki, mükafat Adıyaman Gənclər və İdman İdarəsində 6 fevral zəlzələsinin ikiilliyinə həsr olunmuş mərasimdə təqdim olunub.
Türkiyə prezidenti zəlzələ zamanı ilk yardıma gələn Azərbaycana salam və ehtiramını bildirib.
"İlk xatirəmiz Azərbaycana olsun. Özümün və millətimin adından çox təşəkkür edirəm! Bir olaq, qardaş olaq, bərabər olaq", - Ərdoğan vurğulayıb.
Xatırladaq ki, Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən iki il ötür. 2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7.7 və 7.6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hökuməti zəlzələni "əsrin fəlakəti" adlandırıb. Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyənin Adıyaman şəhərində "Əsrin fəlakəti": Saat qülləsi 2 ildir eyni rəqəmi göstərir
- AFAD: "Türkiyə və yaxın ətrafında 107 min zəlzələ baş verib"
- Türkiyədə tarixi "Misir çarşısı" ərazisində yanğın olub
- Kahramanmaraşdakı zəlzələnin qurbanı olan dörd azərbaycanlı gəncin ölümündən iki il ötür
- "Haber Global"a dəvət alan professor: "İstanbul, gec-tez böyük zəlzələ ilə üzləşəcək"