Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin bu günlərdə Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş ərazilərinə səfəri Ermənistan cəmiyyətində anlaşılmaz isteriya partlayışına və erməni ictimai-siyasi elitasının müxtəlif dairələrində ciddi təşvişə səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə Caliber.Az-ın "YouTube" kanalının növbəti buraxılışında bildirilir.
"Bununla belə, metan atəşfəşanlığının ən parlaq alovları diplomatik korpusun orta əsr alban memarlığının inciləri sayılan Gəncəsər və Xudavəng monastırlarını ziyarət etməsindən sonra erməni səmasında bərq vurmağa başladı. Üstəlik, diplomatiya nümayəndələri bu monastırlardan birincisinin divarları arasında kifayət qədər qeyri-adi bir muzeylə - erməni tarixi saxtakarlıqlarının ekspozisiyası ilə tanış oldular.
İndi yaşayan və öz yuvalarında gizlənən bu qondarma "orta əsr kitabları"nın müəlliflərinin yarasına yenidən duz basmayacağıq və həmin gün monastır divarları arasında baş verən, xarici diplomatların qəhqəhələri ilə müşayiət olunan o məzəli səhnəni bütün dünyaya xatırlatmayacağıq", - deyə materialda qeyd olunur.