Erməni-Azərbaycan sərhəddində və Qarabağ-Azərbaycan təmas xəttində gərginliyin artmasına baxmayaraq Ermənistan Ali Konstitusiyasına müvafiq olaraq Ermənistan silahlı qüvvələrinin ali baş komandanı hesab edilən Serj Sarkisyan reaksiya verməyə tələsmir.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə prezidentin atəşkəs rejiminin pozulmasına, hərbçilər arasında çoxsaylı tələfata cavabını şərh edən erməni nəşri “Joxovurd” yazır.
Qəzet qeyd edir ki, Serj Sarkisyan dəqiq və səylə müxtəlif dövlət rəhbərlərinə təbrik və başsağlıqları göndərməklə məşğuldur, avqust ayının 2-si isə Belçikaya gedib və hələ də geri dönməyib.
Məqalədə qeyd edilir ki, prezidentin fəaliyyəti haqqında son məlumat onun “Birinci dünya müharibəsinin 100 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etməsi” barədə olan məlumatdır, vəssalam!
“Sarkisyanın mətbuat katibi bu zaman ərzində yalnız Ermənistan prezidentinin sərhəddə baş verən insidentlə əlaqədar bəzi ölkələrin rəhbərlərinə narazıçılığını bildirib”, - deyə baş komandanı məsxərəyə qoyurlar.
Yalnız “Joxovurd” qəzeti deyil, digər erməni KİV də S.Sarkisyanı Azərbaycan Prezidenti İlham Əliyev kimi cəbhə xəttinə gedib öz əsgərlərini ruhlandırmadığı üçün tənqid ediblər. Ermənistan prezidenti hətta jurnalistlər qarşısında belə öz mövqeyini bildirməyib.
Müstəqil erməni jurnalistləri hakimiyyətdən, eləcə də Azərbaycan hakimiyyəti tərəfindən erməni əsgərlərinin hərbi əməliyyatlar zamanı kütləvi ölümü barədə yayılmış xəbərə də aydınlıq gətirməyi tələb ediblər.