Rusiya olmadan Ermənistan öz təhlükəsizliyini təmin edə bilməyəcək.
Oxu.Az Regnum-a istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan İrəvandakı Slavyan universitetində çıxışı zamanı bildirib.
İrəvandakı Slavyan universitetində çıxışı zamanı Ohanyan Azərbaycanı nəzərdə tutaraq deyib:
“Ermənistanın qonşularının bir vaxt müdafiə xarakterli olan hərbi imkanları getdikcə hücum imkanlarına çevrilir. Bu baxımdan Rusiyanın yardımı olmadan Ermənistanın təhlükəsizliyini təmin etmək həddindən çətin olacaq”.
Ohanyan çıxşında “təkcə Azərbaycanla müharibə etsəydik işimiz daha asan olardı deyərək”, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik əlaqələrinə də toxunub.
Onun sözlərinə görə, 2010-cu ildə bağlanmış sazişə görə, Rusiya Ermənistanın təhlükəsizliyini təmin etməlidir.