Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Erməni vəhşiliyi niyə cəzasız qalıb? - VİDEO
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov Baku TV-yə erməni terrorunun tarixi ilə bağlı müsahibə verib.
Erməni terrorunun 200 illik yaşı olduğunu vurğulayan Taleh Cəfərov qeyd edib ki, onlar dövlət yaratmaq üçün bu üsula əl atıblar:
“Dövləti müxtəlif formalarda yaratmaq üsulları mövcuddur. Xalq ayağa qalxır, mübarizə aparır və dövləti yaradır. Ermənilər isə istəklərinə çatmaq üçün terror üsuluna əl atıblar. 19-cu əsrin ikinci yarısında terror şəbəkəsi yaradan ermənilər elə başa düşürdülər ki, beynəlxalq güclər onlara bu işdə böyük dəstək verəcəklər, türkün bu coğrafiyadakı izini itirməyə çalışacaqlar və onların xəyali “böyük Ermənistan” dövlətini yaratmış olacaqlar”.
O həmçinin erməni terror təşkilatları, eləcə də tarixdə erməni terrorçularının cəzalanması faktı ilə bağlı sualları cavablandırıb.
Ətraflı süjetdə: