Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ermənilər Dağlıq Qarabağa aparan yolu əsaslı təmir edəcəklər
Ermənistan hakimiyyəti 2014 ildə Ermənistandan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə aparan ikinci yolu – Basarkeçər–Ağdərə (Vardenis-Mardakert) yolunu əsaslı təmir etməyə planlaşdırır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, NEWS.am saytı verdiyi məlumata görə, bu barədə oktyabrın 31-də jurnalistlərə açıqlamasında Ermənistanın Qeqarkunik vilayətinin qubernatoru Rafiq Qriqoryan bildirib.
Onun sözlərinə görə, Basarkeçər–Ağdərə yolunun təmiri zamanı, paralel olaraq, Göyçə gölünün şimal sahilini qeyd olunan yolla birləşdirən Şorju– Basarkeçər-Zod (Sotk) yolunun əsaslı təmiri də nəzərdə tutulub. Hazırda, Basarkeçər–Ağdərə yolunda nəqliyyat vasitələri çətinliklə hərəkət edir, qış aylarında isə tamamilə məhdudlaşır.
Bu yolun təmiri Ermənistanın şərq rayonlarından, habelə İrəvandan Dağlıq Qarabağa getmək üçün sərf olunan vaxtı 1 saatadək azaldacaq.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"
- "Starlink"in sürətli internet xidməti Ermənistanda aktiv edildi
- Dəmir çömçə - Erməni millətçiliyinin simvolu
- Avropa İttifaqının Ermənistana üzvlük vədinin arxasında nə dayanır?
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"