Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ermənilərin girov götürdüyü uşaq məhkəmədə dindirildi - 1993-cü ildə lentə alınmış GÖRÜNTÜLƏR
Azərbaycana qarşı çoxsaylı cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 8-də davam etdirilib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmədə işğal zamanı ermənilərin çəkdiyi videomateriallar təqdim olunub.
Eyni zamanda, məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.
Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında zərərçəkmiş Zabil Səfərov deyib dedi ki, məhkəmədə nümayiş etdirilən videogörüntülər 1993-cü il aprelin 12-də lentə alınıb. Videodakı azyaşlı oğlan odur. Girovluqda qaldıqları zaman çəkilib. Həmin görüntüdə azərbaycanlı girovlar ermənilərə çörək bişirir. Videonu Svetlana adlı ukraynalı jurnalist çəkib. Ermənilər elə görüntü yaradırlar ki, guya girovlara yaxşı baxırlar və onları dəyişəcəklər. Əvvəlcədən də girovlara tapşırıblar ki, işgəncə barədə bir kəlmə də danışmasınlar.
"Ermənilər məni tanka mindirib aparanda nənəm yalvardı ki, uşağı məndən ayırmayın. Amma onlar buna məhəl qoymadılar. Bundan sonra nənəmi "nə vaxtsa bizim ordu bu torpaqları alacaq" sözünə görə orada öldürdülər. Nənəmi öldürəndən sonra məni Kəlbəcərin Vəng kəndinə apardılar. Orada da bizə işgəncə verib, sonra rayona gətirdilər", - deyə o bildirib.
Zabil Səfərov 1995-ci ilin noyabrında girovluqdan azad edilib.
"Arkadi Qukasyan" teqi üzrə xəbərlər
- Məhkəmədə Ermənistanın Azərbaycana hərbi müdaxilə öhdəliyi barədə məxfi sənəd göstərildi
- Məhkəmədə azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasəti ifşa edilib
- Ermənistan ordusu tərəfindən Başlıbel əhalisinin məhvinin şahidi olanlar məhkəmədə ifadə veriblər
- Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsirlərə işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
- Arkadi Qukasyan Şuşanın işğalından dərhal sonra orada imiş: Videosübut göstərildi