Azərbaycanın Rusiyadan silah və hərbi texnika alması ümumilikdə problem kimi qiymətləndirilmir və Ermənistanın müvafiq orqanları bu barədə silah alışına dair müqavilə bağlanıldığı gündən məlumatlı olublar.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan Facebook-dakı şəxsi profilində yazıb, Armenianreport xəbər verir.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Azərbaycanın Rusiyadan Ermənistanda kəskin reaksiya doğurmuş silah və hərbi texnika alışını həyata keçirməsi barədə məlumat peyda olmuşdu.
A.Ovannisyan həmçinin qeyd edib ki, xəbər lentlərində müəyyən dezinformasiya elementlərini nəzərə alaraq, Ermənistanın Müdafiə Nazirliyi məsələ ilə bağlı hər hansı bəyanat verməyəcək və mövqeyini bildirməyəcək.
www.armenianreport.com
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin