Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ermənistan KİV: Paşinyanın yerinə namizəd axtarılır
Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə namizəd axtarılır.
“Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması Qərb üçün əsas məsələlərdən birinə çevrilib və onun yerinə namizəd axtarılır”, - deyə “Past” qəzetində dərc edilən məqalədə qeyd olunur.
Nəşrin yazdığına görə, Ermənistanla Azərbaycan arasında mümkün razılaşmada maraqlı olan mərkəzlər, xüsusən də Qərb ölkələri sülh müqaviləsi imzalandıqdan sonra N.Paşinyanın hakimiyyətdə qalmasının ciddi problem olacağını başa düşünürlər.
“Qərb başa düşür ki, sülh sazişi imzalanandan sonra Paşinyanın hakimiyyətdə qalması məqsədəuyğun deyil. Ona görə də onlar “B planı” üzərində işləyirlər. Artıq onun yerinə bir neçə mümkün qərbyönlü namizəd müzakirə olunur. Yeri gəlmişkən, namizədlər arasında Paşinyan komandasının bəzi nümayəndələrinin, eləcə də hazırda Ermənistanın daxili siyasi həyatında fəal olmayan fiqurların olduğu barədə məlumatlar var”, - məqalədə vurğulanır.
Nəşr onu da bildirib ki, Moskvada bu məsələ ilə bağlı müzakirələr gedir.
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyan Ermənistanın vilayət qubernatorlarının səlahiyyətlərini azaldır
- Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Ermənistanın yeni konstitusiyasının mətni 2026-cı ildə hazır olacaq