Almaniyada işgüzar səfərdə olan Nikol Paşinyan Almaniyanın kansleri Olaf Şolzla görüşüb.
Görüşdən sonra iki ölkənin rəhbər şəxsləri mətbuat nümayəndələrinin suallarına cavab veriblər.
Mətbuat konfransında alman jurnalist Olaf Şolzdan “Ermənistanın Rusiyaya Avropa İttifaqının sanksiyalarından yayınmağa kömək edirmi?” sualını ünvanlayıb.
Lakin Olaf Şolz bu suala Almaniya ilə Ermənistan arasında olan ticarət dövriyyəsinə qeyd etməklə cavab verib.
Olaf Şolz qeyd edib ki, Almaniyadan Ermənistana edilən ixracda artım var:
“Əgər 2021-ci ildəki ixrac rəqəmləri 178 milyon avro təşkil edibsə, 2022-ci ildə bu rəqəm 505 milyon avroya yüksəlib. Avropa İttifaqından həyata keçirilən ixrac isə 2021-ci ildəki 753 milyon avrodan 2022-ci ildə 1,3 milyard avroya qədər yüksəlib. İndi bu rəqəmlərin niyə artdığı məlum oldu!” – deyə Olaf Şolz qeyd edib.
German journalist asked if #Armenia was helping #Russia avoid EU sanctions. Exports from Germany to Armenia rose from €178 million in 2021 to €505 million in 2022. Exports from EU grew from €753 million in 2021 to €1.3 billion in 2022. Now it is clear why! pic.twitter.com/CM17svcorM
— Deutsches Zentrum für Südkaukasus (@Sudkaukasus) March 3, 2023
Mənbə: “Deutsches Zentrum für Südkaukasus” Twitter” səhifəsi