Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ermənistan üçün vaxt bitdi: Brüssel görüşünün maraqlı məqamları - VİDEO
Azərbaycan və Ermənistan dövlət başçıları avqustun 31-də Brüsseldəki növbəti görüşünün diqqət çəkən məqamları olub.
Belə ki, bu görüşdən gözləntilər o qədər də yüksək deyildi. Çünki əvvəlki qarşılaşmalarda ermənilər prosesin sülhlə bitməsində maraqlı deyildilər.
Dördüncü görüşün ən əsas məqamlarından biri sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunun yaradılması barədə əldə olunan razılıq oldu.
Millət vəkili Bəhruz Məhərrəmov görüşlə bağlı fikirlərini Baku TV-yə danışıb.
“Davamlı şəkildə sülh danışıqlarından qəti olaraq yayınan Ermənistan məcbur olaraq yaxın bir ay ərzində xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzərində iş aparılması barədə öhtəlik götürdü və təqribən üç ay sonra noyabrda növbəti təmaslarla bağlı razılığa gəlməsi mövcud öhdəliklərə nəzarət baxımından çox ciddi imkanlar vədd edir”, - deyə millət vəkili bildirib.
Qeyd edək ki, görüşdə diqqət çəkən digər məqam isə Şarl Mişelin nitqində Qarabağ ifadəsini işlətməməsi olub.
Daha ətraflı süjetdə:
"Ermənistan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"