Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Ermənistanda qalmaqallı həbslər olacaq" - Paşinyan ermənilərin oğurluğundan danışdı
Uzun müddətdir ki, Cənubi Qafqazın siyasi mənzərəsi tez-tez dəyişir.
Səbəb isə Azərbaycanın yaratdığı sülh şəraitindən istifadə etmək əvəzinə Ermənistanın aranı qarışdırmasıdır.
Bu qarışıq vəziyyət 44 günlük müharibədən bəri davam edir. Artıq bir neçə gündür, region mediası Ermənistanın baş naziri Nikol Paşinyanın bölgədəki son vəziyyətlə bağlı açıqlamalarına geniş yer verir. Lakin bu açıqlamalar daxili auditoriyanın xoşuna gəlməyib.
Baş nazir iddia edir ki, Qarabağda 44 günlük müharibədən sonra ordunun arsenalından xeyli sayda silah-sursat müəmmalı şəkildə yoxa çıxıb. Son nəfəsini verən separatçı qüvvələr torpaqlarımızda bizə silah tuşlamaq üçün ordudan silah oğurlayıb və bu silahlar qanunsuz yollarla Qarabağa daşınıb. Bunlar fakt olaraq media vasitəsilə yayımlansa da, Ermənistan tərəfindən təkzib edilir.
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanda müharibə və antiterror tədbirləri zamanı mülki əhali və terror təşkilatları yüksək vəzifəli şəxslər tərəfindən qanunsuz olaraq silahla təmin olunub:
"Hesab edirəm ki, yaxın bir-iki ay ərzində Ermənistanda qanunsuz silah dövriyyəsi ilə bağlı yüksək vəzifəlilərin həbsi xəbəri ilə qarşılaşacağıq".
Ermənilərin torpaqlarımızın bağrına doldurduğu minalar və kustar üsullarla hazırlanmış partlayıcılardan xalqımız hələ də əziyyət çəkir. Üstəlik, bu minaların xəritəsi də verilmir. Hazırda sülh sənədi üzərində danışıqlar gedir, prosesin yaxın zamanda bitəcəyi sadəcə ümid olaraq qalır. Lakin bir tərəfdən də Nikol Paşinyan oğurlanan silahların yerini Hindistan, Şimali Koreya, Fransadan aldığı silah-sursatla doldurmağa çalışır. Belə halda, bu alış-verişin bölgəni hara aparacağı sual altında qalır.
Ətraflı Baku TV-nin süjetində:
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyan Ermənistan MTX-nin rəhbərini dəyişmək niyyətindədir: Yerinə kimi təyin edəcək?
- Əziz Ələkbərli: "Qərbi Azərbaycan İcması danışıqlar üçün İrəvana getməyə istənilən vaxt hazırdır"
- Ermənistanın Aİ üzvlüyünün qeyri-müəyyən perspektivləri
- Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır
- Paşinyan yenə sərsəmlədi: "Bu, Ermənistanın siyasi xəritədən silinməsi ilə nəticələnə bilər"