Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ersin Tatar İlham Əliyevə zəng etdi
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
President.az-ın məlumatına görə, Ersin Tatar növbədənkənar parlament seçkisində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. O, seçkinin azad, demokratik, sərbəst mühitdə keçdiyini və Azərbaycan xalqının iradəsini ifadə etdiyini vurğulayıb.
Ersin Tatar Azərbaycan parlamentində Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupunun yaradılmasını da vurğulayaraq yeni parlamentlə parlamentlərarası dostluq qrupu çərçivəsində əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Ölkəsinin Türk Dövlətləri Təşkilatının Şuşa Zirvə görüşünə dəvət olunmasını məmnunluqla xatırladan Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinin bu təşkilatla əlaqələrinin inkişafına verdiyi dəstəyə və dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Azərbaycanın bundan sonra da Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətlər Təşkilatı çərçivəsində əlaqələrinin inkişafına və əməkdaşlığının genişlənməsinə dəstək verəcəyini qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulur
- Prezidentdən "Azərbaycan Dəmir Yolları" QSC ilə bağlı FƏRMAN
- Xocalıda memorial kompleks yaradılır - 18,3 milyon manat ayrıldı
- Deputat: "Pakistanın baş nazirinin Bakıya səfəri əlaqələrin inkişafına yeni impuls verəcək"
- İlham Əliyev Küveyt əmirinə təbrik məktubu göndərdi