"Qarabağda, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün keçirilməsinin çox böyük mənası var. Çünki nəticə etibarilə bütün Türk dünyası üçün qürur məsələsidir və orada Türk dünyasının birlik və bərabərliyinin nə qədər önəmli olduğunu bir daha müşahidə etdik".
Bunu Baku TV-yə müsahibəsində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar deyib.
"Şuşa tarixi yerdir, amma ən önəmli məqam odur ki, artıq azad edilib. Şuşa bərpa olunur, orada yeni binalar, tunellər, körpülər tikilir. Şuşa qədimliyi, tarixi ilə gələcəkdə Azərbaycanın ən önəmli şəhərlərindən biri olacaq", - o qeyd edib.
Ətraflı süjetdə:
Ersin Tatar: "Şuşa qədimliyi, tarixi ilə gələcəkdə Azərbaycanın ən önəmli şəhərlərindən biri olacaq"