Azərbaycan - Türkiyə birgə hərbi təlimlərində “F-16” qırıcıları da iştirak edir.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Azərbaycanda keçirilən Türkiyə - Azərbaycan birgə təlimində “F-16” təyyarələri ilə Hərbi Hava Qüvvələrimiz də iştirak edir”, - nazirliyin sosial şəbəkə səhifəsindən bildirilib.
Həmçinin, səhifədə müvafiq videogörüntülər də paylaşılıb.
Azerbaycan’da gerçekleştirilen Türkiye-Azerbaycan Birleşik Müşterek Tatbikatı’na Hava Kuvvetlerimiz de F-16 uçakları ile katılım sağlıyor. @wwwmodgovaz#MSB pic.twitter.com/vvGlkFUNbO
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 5, 2022