Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fazil Mustafa: "Ölkəyə gələn qonaqların səviyyəsi də göstərir ki, COP29-a maraq böyükdür"
"COP29-dan gələcəkdə qazanacağımız dividendlərdən ağıllı istifadə edərək, Xəzər dənizi ilə bağlı digər ekoloji problemi dünya gündəminə gətirə biləcəyik".
Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, COP29 Azərbaycanın imici üçün çox vacib tədbirdir:
"Həm də ekologiya probleminə, iqlim məsələsinə bizim yanaşmamızdır. Ölkəyə gələn qonaqların səviyyəsi də göstərir ki, konfransa maraq böyükdür. Azərbaycan gələcəkdə bunun dividendlərini götürəcək. Biz bundan çox ağıllı istifadə edib özümüzün Xəzər dənizi ilə bağlı başqa ekoloji problemimizi dünya gündəminə gətirə bilərik".
Məhərrəm Əliyev
"COP29" teqi üzrə xəbərlər
- Ukraynalı nazir: "COP29-da 300 milyardlıq iqlim hədəfinin razılığa gəlinməsi strateji sazişdir"
- BMT baş katibi COP29-un təşkilatçılığında peşəkarlığı yüksək qiymətləndirib
- Erməni lobbisinin arqument böhranı
- Britaniyanın xarici işlər naziri: "COP29 sazişi vacib bir addımdır"
- UNEP rəhbəri: "Bakıda baş tutmuş COP29-da quracağımız gələcəyin təməli qoyulub"