"Seçki prosesi dinamikadır. İnsanların seçki hüququndan istifadəsi daha fəal olmalıdır".
Bu fikirləri növbədənkənar parlament seçkisində səsvermə hüququndan istifadə edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Oxu.Az-a açıqlamasında deyib.
O, daha sonra sözlərinə belə davam edib:
"Torpaqlarımız işğaldan azad olunandan sonra keçirilən növbədənkənar parlament seçkisi bizim üçün qürurlu hadisədir. Fəxr edirik ki, Azərbaycanın suveren torpaqlarının hər bir qarışında seçki keçirilir. Namizədlərə uğurlar arzulayıram".
Məhərrəm Əliyev