Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Finlandiya prezidenti İlham Əliyevə təyyarə qəzası ilə bağlı başsağlığı verib
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması bağlı Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, başsağlığında deyilir:
"Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı sarsıdıcı xəbər məni dərindən kədərləndirdi. Finlandiya xalqı adından və şəxsən öz adımdan Sizə və həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz həlak olanların ailələri və doğmaları ilə, o cümlədən bütün xalqınızladır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzindəki konsertdə iştirak ediblər
- İlham Əliyevə təbriklər gəlməkdə davam edir
- Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
- Məsud Pezeşkian İlham Əliyevi təbrik etdi
- İlham Əliyev Somali ilə Bakıda imzalanmış sazişi təsdiqlədi