Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Forrest: "Azadlıq Cəbhəsi Fransa müstəmləkəçiliyindən qurtulmaq yolunda mühüm addım olacaq"
"Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması Fransa müstəmləkəçiliyindən qurtulmaq yolunda mühüm addımdır".
"Report" xəbər verir ki, bunu Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Bakıda keçirilən Fransanın müstəmləkəyə çevirdiyi ərazilərin müstəqilliyi uğrunda hərəkatların birinci Qurultayının yekunlarına dair mətbuat konfransında deyib.
"Dünyanın hər yerində müstəqillik hər bir xalqın haqqıdır. Bizim tanınmağımız xalqımız üçün bir sıra imkanlar açacaq", - o bildirib.
Xatırladaq ki, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 20-yə yaxın siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə 17-18 iyul tarixlərində Bakıda birinci Qurultay keçirilib.
"Yeni Kaledoniya" teqi üzrə xəbərlər
- İlham Əliyev: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"
- Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniya ilə bağlı hesabat hazırlayıb
- KİV: Azərbaycan fransız neokolonializmi üzərində parlaq qələbə qazandı
- Fransada "Yeni Kaledoniya" adlı yeni dövlətin yaradılması barədə saziş imzalanıb
- Abbas Abbasov: "Dekolonizasiya ilə bağlı son 20–30 ildə ciddi irəliləyiş əldə olunmayıb"