Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Frank-Valter Ştaynmayer: "Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün də maraqlı perspektivdir"
"Çox şadam ki, Azərbaycanın dünyanın əsas ticarət yollarının birləşdiyi məkana çevrilir".
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
Almaniya Prezidenti qeyd edib: "Biz hər ikimiz təkcə Mərkəzi Asiya ilə deyil, həmçinin Uzaq Şərq, Cənub-Qərbi Asiya, eləcə də Çin ilə iqtisadi və ticarət əlaqələrində maraqlıyıq. Eyni zamanda, hazırda mövcud nəqliyyat marşrutlarının nə dərəcədə məhdud olduğunu və onların hansı imkanlarla işlədiyini də yaxşı bilirik. Bu baxımdan Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün də maraqlı perspektivdir. Cənubi Qafqaz son dövrlərdə olduğu kimi, siyasi baxımdan daha sabit inkişaf etdikcə, bu perspektiv daha da cəlbedici olacaqdır".
"Almaniya prezidentinin Azərbaycan səfəri" teqi üzrə xəbərlər
- Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb
- Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzindəki konsertdə iştirak ediblər
- Almaniya Prezidenti Frank-Valter Ştaynmayer İçərişəhərlə tanış olub
- Almaniya Prezidenti Frank-Valter Ştaynmayer "Bakı Ağ Şəhər"də olub
- Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər