Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fransa Azərbaycan səfirliyinin iki diplomatını “persona non-grata” elan edib - VİDEO
Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rəsmi Paris Azərbaycanın Fransanın Azərbaycandakı səfirliyinin diplomatik heyətinin iki əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan etməsi ilə bağlı qərarını nəzərə alıb. O, Azərbaycanın öz qərarını əsaslandırdığı iddiaları qəti şəkildə rədd edir. Fransa cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan edib”, - məlumatda deyilir.
Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.
Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.
"Fransa" teqi üzrə xəbərlər
- Burkina-Faso prezidenti: "Fransa Afrika sayəsində mövcuddur, bizə dua etsinlər"
- Müasir Fransanın reallığı - xarici siyasətdəki səriştəsizlik
- Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı
- Makron Fransası ciddi sınaqlar qarşısındadır - "Kaspi"nin təhlili
- Avropadakı epimediya fransızları təşvişə saldı - Nazirdən ÇAĞIRIŞ