Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fransa Martinikdə iğtişaşların yatırılmasına xüsusi polis dəstəsi göndərib
Fransa Martinik adasında iğtişaşları yatırmaq üçün əraziyə xüsusi polis dəstəsi göndərib.
Oxu.Az bu barədə "Euronews"a istinadən xəbər verir.
Məlumata görə, Fransa mərkəzi hökumətinin yerli nümayəndəsi bazar ertəsinə qədər For-de-Frans, Le Lamenten, Dyuko və Le Rober bələdiyyələrində etiraz aksiyalarına qadağa qoyulduğunu elan etdikdən sonra polis qüvvələri həftəsonu adaya gəliblər.
Hökumət adada komendant saatı da tətbiq edib.
Keçən həftə Martinik adasında qiymət artımına qarşı şiddətli etirazlar başlayandan sonra məhdudiyyətlər tətbiq edilib. Atışma nəticəsində ən azı altı polis əməkdaşı və bir mülki şəxs yaralanıb. Polis gözyaşardıcı qazdan istifadə edib, hökumət rəsmiləri isə bir neçə mağazanın qarət edildiyini bildiriblər.