Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fransa müstəmləkəçilik vərdişlərindən əl çəkə bilmir - VİDEO
Rusiyanın “smotrim.ru” onlayn multimedia platforması Bakıda Qərbin müstəmləkəçilik siyasətindən qurtulma mövzusunda keçirilən beynəlxalq konfrans haqqında süjet hazırlayıb.
İrqçilik, soyqırım, talançılıq - Fransa müstəmləkəçilik vərdişlərindən qurtula bilmir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Paris 13 dövləti müstəmləkəsi kimi idarə edir və hələ də onların daxili işlərinə qarışır. Hazırda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi neokolonial siyasətə qarşı mübarizəyə və beynəlxalq aləmdə qanunsuz əməllərin ifşasına xüsusi diqqət yetirir. Bu məsələlərə həsr olunmuş konfrans Bakıda keçirilib. Prezidentin salamını onun köməkçisi Hikmət Hacıyev çatdırıb.
“Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyublar”, - deyə İ.Əliyevin müraciətində bildirilib.
Bakı qeyd edib ki, Afrika ölkələri bir-birinin ardınca Fransa diktaturasından qurtulur. Bu da Yelisey Sarayını özünə tabe edə biləcəyi başqa ərazilər axtarmağa sövq edir.
“Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır”, - deyə Azərbaycan Prezidenti bildirib.
Ermənistandan başqa Özbəkistana da təzyiq göstərilir. Emmanuel Makron bu yaxınlarda ora səfər etmişdi. “Le Monde” yazır ki, Beşinci Respublika Prezidentinin gördüyü ilk iş, uran tədarükündə Daşkəndin dəstəyini cəlb etmək olub; onun çatışmazlığı Nigerdəki çevrilişdən sonra Fransanın nüvə sənayesində xüsusilə nəzərə çarpıb.
“Fransa Nigerdən ixrac etdiyi uran filizinin itkisini azaltmağa çalışır. Bunun 15-20% olduğu güman edilir, ancaq bu, belə görünmür və Fransanın atom sənayesinə ciddi zərbədir. Təsadüfi deyil ki, Makron Qazaxıstan və Özbəkistana son səfərləri zamanı da bu məsələni gündəmə gətirərək Nigerdə uran xammalının itirilməsini Mərkəzi Asiyada yeni bazarlar hesabına kompensasiya etməyə çalışıb”, - deyə Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun aparıcı elmi işçisi Sergey Fedorov bildirib.
Eyni zamanda, Afrika ölkələrinin nümayəndələri Parisdən qara qitədə vəhşicəsinə talan edilənləri (hazırda isə rahat şəkildə Fransa muzeylərində sərgilənənləri) geri qaytarmağı tələb edirlər.
“Bu gün afrikalı gənclər üçün əcdadları ilə əlaqəni hiss etmək son dərəcə vacibdir. Müstəmləkəçilik illərində tariximizin çox hissəsi - tanrıların heykəlcikləri və təsvirləri, əcdadlarımızın məişət əşyaları Avropaya aparılıb və indi də burada muzeylərdə saxlanılır. Bu, bizim məhrum edildiyimiz milli yaddaşımızdır. Çünki Fransa üçün ideal Afrika - öz keçmişini xatırlamayan Afrikadır. Ona görə də Avropanın bu uydurma universalizm siyasətinə son qoymaq lazımdır”, - deyə “Afrika İrsi” QHT-nin prezidenti Salli Alassat Tiam bildirib.
Məhz buna görə də getdikcə daha çox ərazi Fransanın təsirindən qurtulur. Təkcə son illərdə Əlcəzair, Mali, Burkina Faso və Niger onun əlindən çıxıb. Bu tendensiya artmaqda davam edir. Artıq Qoşulmama Hərəkatı öz kursunun əsasını müstəqillik və bərabərlik prinsipləri üzərində mövcudluğu elan etmiş 120 ölkəni birləşdirir.
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Azərbaycan XİN-dən Makrona sərt cavab
- "Le Figaro": Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir
- Makrona daha bir zərbə: Fransanın Afrika zülmü sona çatır
- Xoruzun quyruğu göründü: "Makron və Zelenski şəxsi maraqları naminə Avropanı tələyə salıblar"
- Siyasət xəritəsi: Dünya 2024-cü ili hansı hadisələrlə xatırlayacaq?