Paris beynəlxalq hüquqa uyğun olaraq Qarabağın müstəqilliyini tanımır.
Bunu Fransa parlamentinin sədri Yael Braun-Pive Ermənistan parlamentinin sədri Alen Simonyanla birgə mətbuat konfransında deyib.
O xatırladıb ki, parlament Ermənistana yardımı gücləndirmək, İrəvanla Bakı arasında dialoqu dəstəkləmək çağırışı ilə Fransa hökumətinə də müraciət edib.
Fransa parlament sədri problemin sülh yolu ilə və uzunmüddətli həllinə nail olmaq üçün tərəflər arasında dialoqun bərpasının zəruriliyini vurğulayıb.
Mənbə: Sputnik Ermənistan