Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fuad Hüseynəliyev: “Aİ-nin qəbul etdiyi anti-Azərbaycan qərarların arxasında Fransa dayanıb” - VİDEO
“Avropa İttifaqının qəbul etdiyi anti-Azərbaycan qərarların arxasında Fransa dayanıb”.
Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində deyib.
“Nəzərə almaq lazımdır ki, Aİ-də bir neçə aparıcı qüvvə mövcuddur və onlar arasında anti-Azərbaycan ritorikasına sadiq olan Fransa xüsusi yer tutur”, - o qeyd edib.
F.Hüseynəliyev əlavə edib ki, bu, xüsusilə son illərdə aydın şəkildə müşahidə olunur.
Onun sözlərinə görə, bütün bunların arxasında Fransanın Cənubi Qafqazda, konkret olaraq Ermənistanda möhkəmlənmək istəyi dayanır:
“Fransa Ermənistana tam yerləşmək və orada kök salmaq üçün əlindən gələni edir”.
Agentliyin direktoru qeyd edib ki, Qarabağ münaqişəsi illər ərzində Aİ-nin Azərbaycana təzyiq vasitəsi olub:
“İndi isə Avropa strukturları bu vasitəni itiriblər, çünki Azərbaycan öz suverenliyini bərpa edib”.
Efirdə çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov Avropa Parlamentinin birmənalı olaraq anti-Azərbaycan mövqeyindən çıxış etdiyini vurğulayıb:
“Lakin bunun nə üçün edildiyi haqqında danışmırlar. Avropa Parlamenti son prosesləri təhlil etməlidir, lakin onlar bunu etmirlər, sadəcə olaraq, buna ehtiyacları yoxdur. Onlara hazır narrativlər verilir və sonradan da bundan istifadə edirlər”.
"Aİ" teqi üzrə xəbərlər
- Səfir: "Aİ Cənubi Qafqazda sülh və sabitliyin gücləndirilməsinə sadiq qalır"
- Paşinyan Putinə İrəvanın Aİ ilə münasibətləri kontekstində son addımlarını izah edib
- Aİ-yə qaz idxalı Azərbaycandan tədarüklər hesabına artıb
- Rusiya XİN Aİ-nin Ermənistandakı missiyasına dair: "Niyə qərarlar rəsmi Bakıdan gizlin verilir?"
- Lavrov Rusiya və Ermənistan münasibətlərini mürəkkəb adlandırdı