Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gələn ildən qvineya-bisaulu tələbələr Azərbaycanda təhsil ala biləcəklər
"Gələn ildən etibarən Azərbaycanda qvineya-bisaulu tələbələrin təhsil alması üçün proqrama başlanılacaq".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike de Xesus Pinto Pereira Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.
"İkitərəfli əməkdaşlığa başlamaq ən vacib məsələdir. Nümayəndə heyətimizdə Azərbaycanda təhsil almış şəxslər var və onların fəaliyyəti bizə rəsmi Bakı ilə təhsil sahəsində əməkdaşlığı daha da dərinləşdirməli olduğumuzu göstərir", - nazir qeyd edib.

"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşdü
- "Soyuq müharibə"nin qalıqları - USAID və "Rus evi"nin ifşası
- Tramp hərəkətə keçdi: Dünyada çaxnaşma yaradan USAID-in ləğvi niyə vacibdir?
- XİN: Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir
- Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Özbəkistandan olan nazirləri qəbul edib