Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Giorgius Papandreu: "Texnologiyalardan dominantlıq üçün istifadə edilir"
"Süni intellektə, bioloji texnologiyalara, eləcə də kvant fizikasına şəffaf şəkildə nəzarət edilməsi əvəzinə, bu texnologiyalar Qərb oliqarxlarının nəzarətində istənildiyi kimi istifadə edilir".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusuna həsr olunan XII Qlobal Bakı Forumunun panel sessiyasında Yunanıstanın sabiq baş naziri Giorgius Papandreu deyib.
O bildirib ki, bu texnologiyalara nəzarət şəffaf şəkildə olsa, iqlim dəyişikliyi, xəstəliklər və digər bu kimi problemlərlə mübarizə asan olacaq:
"Lakin bu texnologiyalardan dominantlıq üçün istifadə edilir. Hətta vəziyyət o yerə çatıb ki, biz bu sistemin necə işlədiyini bilmirik. Ona görə də süni intellektə nəzarət edən ABŞ və Çin başda olmaqla bu gün beynəlxalq əməkdaşlıq edilməlidir. Çünki çoxtərəfli sistemin dağıdılması məhz sadaladığım hədənin hissəsidir".
Mərahim Nəsib
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- "Euronews"da Qlobal Bakı Forumuna həsr olunmuş xüsusi videosüjet yayımlanıb
- Dünyanın məşhur siyasətçiləri Azərbaycanın "yaşıl enerji" siyasətini necə dəyərləndirirlər?
- USAID, "Amerikanın səsi" və "Azadlıq Radiosu"nun layiq olduğu məntiqi son
- Prezident Ermənistana və onun ağalarına sərt mesajlar verdi
- Hikmət Hacıyev: "Bakı Forumu özünü beynəlxalq platforma kimi təsdiqləyib"