Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gürcüstan Azərbaycanla “İpək Yolu” gömrük məntəqəsinin inşasını hökumət planına daxil edib
Gürcüstan və Azərbaycan arasında “İpək Yolu” gömrük-keçid məntəqəsinin inşası Gürcüstan hökumətinin yeni fəaliyyət planında əksini tapıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, baş nazirliyə namizəd İrakli Kobaxidzenin ölkə parlamentinə təqdim etdiyi hökumət planında Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsinin inşası üzrə aktiv işlərin davam etdiriləcəyi qeyd olunub.
Bildirilib ki, sözügedən gömrük məntəqəsi ölkələrin nəqliyyat və logistika imkanlarının inkişafına töhfə verəcək, eyni zamanda regionda nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək.
Hökumətin planına əsasən, Şərq-Qərb istiqamətində magistral yolların inşası da davam etdiriləcək və işlərin tamamlanmasından sonra Tbilisidən Batumiyə getmək üçün sərf edilən vaxt 3,5 saata endiriləcək.