Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Gürcüstan prezidenti ilk xarici səfərini Azərbaycana edəcək
Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu, Kavelaşvilinin 2024-cü ilin sonunda andiçmə mərasimindən sonra ilk xarici səfəri olacaq.
Bundan əvvəl Kavelaşvilinin beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya Gürcüstan prezidentinin Azərbaycandan sonra Ermənistana səfər edəcəyi barədə məlumat vermişdi.
Ən çox oxunanlar