Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını iqtidar partiyanın Parlament seçkilərində qazandığı qələbə münasibəti ilə təbrik edib.
Oxu.Az sputnik-georgia.ru-ya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi - noyabrın 2-də hökumət başçısının mətbuat xidmətində məlumat yayılıb.
“Azərbaycanın irəliləyişi və inkişafı gürcü və Azərbaycan xalqının dostluğunun möhkəmləndirilməsi, Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığının dərinləşməsi üçün çox vacibdir”, - baş nazirin təbrikinin mətnində bildirilib.
Hökumət başçısı Azərbaycanın regionda sülhə, sabitliyə və rifaha nail olmağa xidmət edən yolda olmasına inanır.