Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə könüllü şəkildə xilasetmə işlərində çalışan azərbaycanlılar gecə saatlarından bəri fasiləsiz şəkildə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Oxu.Az-ın məlumatına görə, xilasedicilərimizdən biri bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşıb.
“Azərbaycandan gəldim, hazırda Hataydayam. Gecədən bəri buradayıq”, - deyə o bildirib.
O, artıq bir nəfəri sağ çıxara bildiklərini vurğulayıb.
“Əlimizdən gələni edirik, çalışacağıq qalanlarını da xilas edək”, - deyə axtarış-xilasetmə qrupunun üzvü bildirib.