Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hərbi hissələr və həbsxanalardakı məntəqələrdə seçicilərin siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır
Sabah növbədənkənar prezident seçkisi ilə əlaqədar hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsi üçün ayrılan müddət başa çatır.
Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 20 gün qalanadək hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir.
Növbədənkənar prezident seçkisi ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir.