Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hərbi vəzifəlilər barədə məlumatların vaxtında verilməməsinə görə cərimələr 1000 manatadək artırılır
Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə görə cərimələr artırılır.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.
Dəyişikliyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək (hazırda 200-300) məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 (hazırda 400-600) manatadək məbləğdə cərimə ediləcək.
Bundan başqa, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün tələb olunan məlumatların çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 200 manatdan 400 manatadək (hazırda 100-200) məbləğdə, hüquqi şəxslər 800 manatdan 1 000 manatadək (hazırda 300-500) məbləğdə cərimə ediləcək.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Aviasiya fəaliyyətinə qanunsuz müdaxilə ilə bağlı TƏKLİF
- Bəzi cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
- Parlament təhlükə potensiallı obyektlərin siyahısının genişləndirilməsini qəbul edib
- Ehtiyatda olan hərbçilər yaşayış yerini dəyişərkən məlumat vermədikdə cərimə olunacaqlar?
- 2024-cü ildə bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb