Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa ediləcək
"Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. Nazirlik (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - red.) tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa edilsin. Mən də öz dəstəyimi verdim".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Dövlətimizin başçısı bildirib: "İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik".

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Əli Əsədov: "Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib"
- Baş nazir: "İşğaldan azad edilmiş ərazilərdə 2 615 ailə evlə təmin edilib"
- Prezidentin Mətbuat Xidməti XII Qlobal Bakı Forumundan videoçarx paylaşıb
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib